Noyabrın 25-də Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Müdafiə günüdür. Vətəndaş Hüquqları İnstitutu (VHİ) daim qadınların hüquqlarını müdafiə edir, onların ictimai-siyasi proseslərdə iştirakını dəstəkləyir.
Həyata keçirdiyi proqramlarda qadınlara qarşı zorakılığın aradan qaldırılması və bərabərliyin təmin edilməsi istiqamətində tədbirlər tərtib edir. Qadınları qərarqəbulu prosesində işitiraka həvəsləndirir, onların təşkilatlanmasına yardım edir.
Noyabrın 24-də VHİ-nin hüquqşünasları Rövşanə Rəhimli və Ülkər Həmidli ‘’Qadın Gücü’’, noyabrın 25-də isə hüquqşünaslar Sevinc Quliyeva və Ləman Xəlilzadə “Qadınlar Qayıdır!” təşəbbüs qrupu təsis ediblər.
Hər iki təşəbbüs qrupu qadınların hüquqlarını müdafiə etmək, onların ictimai aktivliyini artırmaq və bərabərliyi təmin etməyi hədəfləyib. VHİ gələcəkdə də yeni təşəbbüs qruplarının yaradılması və fəaliyyətlərinin genişləndirilməsinə töhvə verəcək.