Fevralın 12-də Vətəndaş Hüquqları İnstitutunun (VHİ) əməkdaşları Bərdə rayonuna səfər edib. Səfərin məqsədi müharibədən əziyyət çəkmiş şəxslərın problemlərini araşdırmaq və onlara hüquqi yardım etmək olub.
Hüquqşünas Ləman Xəlilzadə müharibə zamanı evi dağıdılan və digər maddi və mənəvi ziyan görmüş vətəndaşlarla görüşüb, onların problemlrəini araşdırıb.
Sonradan uyğun sənədlər hazırlanaraq dövlət orqanların və yardım fondlarına göndərilib.
VHİ rəhbərliyi problemlərin miqyası və müraciətlərin çoxluğunu nəzərə alaraq gələcəkdə o bölgəyə daha çox səfər etməyi və bölgədə yerli nümayəndəliyin yaradılmasını planlayır.