Vətəndaş Hüquqları İnstitutu (VHİ) QHT-lərin fəaliyyətini yaxşılaşdırmaq istiqamətində qanunvericiliyə dəyişikliklərə dair Milli Məclisə təkliflər paketi göndərib.

Təkliflər paketində “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunlarına və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi tövsiyə edilir. Yeddi ildən artıqdır ki, QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunvericiliyə əlavə və dəyişikliklər qüvvədədir. İctimai Birliklərin dövlət qeydiyyatına alınmasına bürokratik əngəllər yaradılır. VHİ tərəfindən hazırlanmış layihədə QHT-lərin qeydiyyatının asanlaşdırılması, cərimələrin azaldılması və fəaliyyətin demokratik standartlar səviyyəsinə qaldırılması təklif edilir.

Paylaş