Vətəndaş Hüquqları İnstitutu gənc hüquqşünasların bacarıqlarının artırılması proqramı həyata keçirir.

Proqramın məqsədi hüquq fakültəsinin tələbələri və məzunları üçün təlimlər və praktiki məşğələlər təşkil etməklə, onların bilik və bacarıqlarının artırılmasına yardım etməkdir. O cümlədən, gənc hüquqşünasları vəkilliyə, insan hüquqları müdafiəsinə həvəsləndirməkdir. Təlimlərdə uğurla iştirak etmiş gənclər bölgələrə səfər edib ehtiyaclı insanlara hüquqi yardım xidmətini təmin edəcəklər.

Paylaş