Oktyabrın 2-dən Vətəndaş Hüquqları İnstitutunun (VHİ) hüquqşünasları Ülkər Həmidli və Aynur Bağırova Tərtər şəhərində müharibədən əziyyət çəkmiş qadınlara hüquqi yardım ediblər. Gün ərzində 30 nəfərə yaxın vətəndaşın problemləri öyrənilib və uyğun sənədləşdirmə işləri aparılıb.
Hüquqi yardım zamanı vətəndaşlar daha çox evlərinə dəymiş zərərin aradan qaldırılması ilə bağlı uyğun qurumlara müraciətlərin hazırlanmasını xahiş edib. Bundan əlavə ünvanlı dövlət sosial yardıma müraciət, müalicə xərclərinin qarşılanması ilə bağlı müraciətlər də olub.