Vətəndaş Hüquqları İnstitutu Britaniya hökumətinin dəstəyi ilə yeni proqramın icrasına başlayıb.

Proqramın məqsədi 44 günlük müharibədən əziyyət çəkmiş qadınlara hüquqi yardım etmək, onların problemlərinin həllinə dəstək olmaqdır. Proqram çərçivəsində maarifləndirici flayerlər çap ediləcək və videoçarxlar hazırlanacaq. Bununla yanaşı hüquqşünaslar müharibə dövründə ermənilər tərəfindən hücuma məruz qalmış rayonlara səfər edərək qadınlara yerində hüquqi xidmət göstərəcək.

Paylaş