Oktyabrın 30-da Vətəndaş Hüquqları İnstitutunun hüquqşünasları Ülkər Həmidli və Rüsxarə Məmmədova Tərtər rayonunun Hüsənli, Qaynaq kəndlərində və Şıxarx qəsəbəsində səfərdə olublar. Səfər çərçivəsində 5 şəhid ailəsi və 4 aztəminatlı ailənin yaşadığı evlərə gediblər. Ailələrin problemləri öyrənilib və onlara hüquqi yardım edilib.
Bundan əlavə gün ərzində ümumilikdə 20-dən çox müraciət daxil olub və uyğun sənədləşdirmə aparılıb. Hüquqi yardım zamanı vətəndaşlar daha çox əlillik dərəcəsinin təyin olunması və ləğvi, məşğulluq, ünvanlı sosial yardım, müalicə xərclərinin qarşılanması, müharibədən ziyan dəymiş evin təmir-bərpası ilə bağlı müraciət ediblər.
Müraciət edən hər bir vətəndaşa hüquqi yardım göstərilib və onlara hüquqları barədə ətraflı məlumat verilib.