Noyabarın 20 və 27-də gənc hüquqşünaslar üçün “Uşaq hüquqları, yerli və beynəlxalq normalar” mövzusunda təlim keçirilib.
Vəkil Rövşanə Rəhimli Uşaq Hüquqları Konvensiyasının maddələri ilə bağlı məlumat verib. Həmçinin yerli qanunvericilikdə uşaq hüquqları ilə normalar və qanunun tətbiqi ilə bağlı müzakirə aparılıb. Uşaqların hüquq-mühafizə orqanlarında dindirilməsi zamanı Konvensiyanın maddələrinin pozulduğu müəyyən edilib.