Hər il 10 dekabr tarixində dünya Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdiyi günü xatırlayır.
10 dekabr 1948-ci ildə imzalanan İnsan Hüquqları üzrə Universal Bəyannamənin qəbulundan 73 il keçir. Bu sənəd irqindən, rəngindən, dinindən, cinsindən, genderindən, dilindən, siyasi və digər baxışlarından, milli və ya sosial mənşəyindən və yaxud da digər statusundan asılı olmayaraq bütün insanların bərabər olduğunu bəyan edir. Bütün insanlar öz ləyaqətləri və huquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə munasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.
Vətəndaş Hüquqların İnstitutu (VHİ) bütün insanların bərabər olduğuna inanır və vətəndaşların hüquqlarının müdafiəsininə yardım edir. Ümid edirik ki, insan hüquqları unversal dəyər kimi Azərbaycanda da ən ali şəkildə qorunacaq.