Vətəndaş Hüquqları İnstitutu və “Benefisiar” Hüquqi Yardım Mərkəzinin təşkil etdiyi “Gənc Hüquqşünasların Praktiki Biliklərinin Artırılması” təlim proqramı uğurla başa çatıb. Proqram ərzində keçirilən təlimlərə 55 nəfər gənc hüquqşünas qatılıb. Onlardan 42 nəfər qadın, 13 nəfəri kişi olub. Proqram ərzində gənc hüquqşünaslara mülki, cinayət, və beynəlxalq hüququn nəzəri və praktiki tərəfləri tədris edilib. Təlim iştirakçıları praktiki məşqlər edib, məhkəməyə iddia ərizələri, o cümlədən AİHM-ə şikayətlərin yazılmasını öyrəniblər.

Təlimlərdə davamlı və aktiv iştirak edən 30 nəfər iştirakçıya sertifikatlar təqdim olunub. Gənc hüquqşünaslar təlimlərin çox əhəmiyyətli olduğunu bildirirərək gələcəkdə də davam etməsini istəyiblər. Bir qrup gənc hüquqşünas isə könüllü olaraq ofisdə işləmək üçün müraciət ediblər.

Paylaş