Güclü vətəndaş cəmiyyəti canlı və yaxşı işləyən bir demokratiyanın əsas prinsplərindən biridir. Qeyri-hökumət təşkilatları demokratik dəyərlərin və insan hüquqlarının təbliğində, həmçinin vətəndaş iştirakının təşviqində mühüm rol oynayır. Onlar vətəndaşları səfərbər edirlər və qərar qəbuletmə prosesində eşidilməyən qrupların səsləri olurlar. Güclü Vətəndaş Cəmiyyəti hökumətlər üçün həm yaxşı tərəfdaş, həm də bir gözətçidir.
Buna baxmayaraq, bir sıra ölkələrdə vətəndaş cəmiyyəti təşkilatları hüquqi, maliyyə və bəzən hətta fiziki təhdidlərlə üzləşirlər. Bəzi ölkələrdə qanunvericilik və negativ ritorika sistemli şəkildə vətəndaş cəmiyyətini hədəf almaq üçün istifadə edilir və beləliklə də fikir azadlığını məhdudlaşdırır.Vətəndaşların qərar qəbuletmədə fəal iştirakı demokratik cəmiyyətlərin təməl bir hissəsidir. Maarifləndirmə, təbliğat və sosial yeniliklər vasitəsilə ictimaiyyəti cəlb etmək, həmçinin ətraf mühit və iqlim dəyişikliyi kimi geniş məsələlərin həlli üçün vacibdir. Biz yeni təşəbbüs quruplarının yaradılması, yerli icmaların inkişaf etdirilməsini dəstəkləyir və vətəndaş cəmiyyətinin güclənməsinə töhvə veririk.