Ayrıseçkilik, irqçilik və qısnama dünyada problem olaraq qalır. Etnik mənsubiyyətə, dinə, genderə, fiziki məhdudiyyətlərə, yaşa və yaxud cinsi orientasiyaya əsaslanan hər hansı ayrıseçkiliklə mübarizə cəmiyyətimizi hamı üçün bərabər etmək üçün çox vacibdir. Avropada gender bərabərliyi son onilliklərdəki inkişafa rəğmən hələ əldə olunmayıb. Hələ də qadınlar kişilərə nisbətən daha az maaş almağa davam edirlər və fiziki və ya cinsi zorakılığa məruz qalırlar.

Gender bərabərsizliyinə qarşı mübarizə insan hüquqları üçün ayağa qalxma və cəmiyyətin həm iqtisadi, həm də sosial cəhətdən tam potensialına çatmasını təminetmə deməkdir.

Biz mütamadi olaraq ayrıseçkilik əlehinə kampaniyalara qoşulur və problemin aradan qaldırılması istiqamətində maarifləndirmə həyata keçiririk.

 

 

Paylaş