Biz Bakıda və bölgələrdə 2016-cı ildən sonra yaranmış yeni təşəbbüsləri dəstəkləyir, onların institusionallaşmasına dəstək veririk. Bununla biz, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına, inkluzivliyinə nail olmağı hədəfləyirik. Biz inanırıq ki, vətəndaşlar öz problemləri birgə, icmalar şəklində daha peşəkar və operativ həll etməklə, hökümətin yükünü azalda bilər. Yerli icmaların öz problemlərinin ətrafında birləşməsi həm də yeni ideyaların, yeniliklərin meydana çıxmasına səbəb olar. Onların gələcəyə nikbin baxmasına imkan yaradar və özgüvənini artırar.
Biz hazırda 8 müxtəlif gənc təşəbbüs qruplarına dəstək verir, təlimlər, vorkşoplar həyata keçiririk. Bundan əlavə, partnyorları vasitəsilə təşəbbüs qruplarını ölkə xaricində keçirilən tədbirlərdə, konfranslarda, təlimlərdə, vorkşoplarda iştirakına dəstək verir, onların bacarıqlarının artırılmasına kömək edirik.