VHİ 9 fevral 2020-ci ildə keçiləcək parlament seçkilərinə qatılan müşahidəçilər üçün toplu və flayer
hazırlayıb. Ümumilikdə 10000 ədəd flayer və 3000 ədəd Toplu hazırlanıb. Flayerdə seçki məntəqəsinin
açılması, müşahidəçilərin hüquq və vəzifələri yer alıb.
Toplu daha dolğun və əhatəli olub. Topluda seçki komissiyalarının fəaliyyəti, müşahidəçilərin hüquq və
vəzifələri, seçkidə kənar şəslərin davranışı, digər seçki iştirakçıların statusu ilə bağlı qanunlardan
çıxarışlar verilib. Ən əsası seçki günü pozuntuların qeydə alınması üçün hər Topluda 8-10 ədəd Akt
forması hazırlanıb. Aktlar tərtib edildikdən sonra rahat şəkildə topludan qoparılması mümkün olub. O
cümlədən seçkidə baş vermiş hər hansı pozuntu ilə bağlı şikayətlərin uyğun üst komissiyalara
hazırlanması üçün nümunə yerləşdirilib. Toplu o qədər vacib olub ki, hətta bir çox namizədlər özləri  artıraraq (üzünü çıxararaq) yayıblar.

 

Paylaş