9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə bağlı ATƏT DTİHB-nin Uzunmüddətli
Müşahidə Missiyasının nümayəndələri Vətəndaş Hüquqları İnstitunun rəhbərliyi ilə görüşüb.
Görüşdə seçkiqabağı vəziyyət, siyasi azadlıqların vəziyyəti müzakirə edilib. Həmçinin
namizədlərin irəli sürülməsi və qeydiyyatı imzatoplama, təbliğat-təşviqat kampaniyasının gedişi
barədə ATƏT-in müşahidəçiləri ilə fikir mübadiləsi aparılıb
.