Oktyabrın 16-da Vətəndaş Hüquqları İnstitutunun hüquqşünasları Bərdə şəhərində müharibədən əziyyət çəkmiş qadınlara hüquqi yardım edib.

Gün ərzində 21 nəfərə yaxın vətəndaşın problemləri öyrənilib və uyğun sənədləşdirmə işləri aparılıb. Hüquqi yardım zamanı vətəndaşlar daha çox əlillik dərəcəsinin ləğvi, işsizlik, məşğulluq və içməli su problemləri ilə bağlı müraciət ediblər.

Paylaş