Martın 9-da Vətəndaş Hüquqları İnstitutunun hüquqşünasları Ülkər Həmidli və Aynur Bağırova tərəfindən Beyləqan rayonunda şəhid ailələri və qazilərə hüquqi yardım göstərilib. Gün ərzində 27 nəfərə yaxın vətəndaşın müraciəti olub. Müraciət edənlərin arasında şəhid aillələri, qazilər, müharibə veteranları işsiz vətəndaşlar, evdar qadınlar, əlilliyi olan şəxslər çox təşkil edib.

Hər bir müraciətçi ilə ayrı-ayrılıqda söhbət aparıldı, onların hazırki sosial-hüquqi problemləri öyrənilib. Bəzilərinə yerində müvafiq hüquqi məsləhətlər verilib, uyğun sənədləşdirmə işləri və qeydlər aparılıb.

Vətəndaşların müraciətləri əsasən şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, evlə təmin olunması, torpaq sahəsi ilə təmin olunma, əlilliyi müəyyən edilmiş müharibə iştirakçılarının təqaüdlərinin hesablanması, işlə təmin olunma, əlilliyin təyin olunmasından imtina, əlillik dərəcəsinin verilməsi, müharibə veteranı adının verilməsi, ünvanlı sosial yardımın təyin olunması, aliment məsələləri ilə bağlı olub.

    

Paylaş