Yanvarın 22-də VHİ-nin Gəncə ofisində vətəndaşlara hüquqi yardım göstərilib. Gün ərzində hüquqi yardım üçün 14 nəfər vətəndaş müraciət edib. Hər bir müraciətçi ilə fərdi söhbət aparılıb, onların hazırki sosial-hüquqi problemləri öyrənilıb. Problemlərə görə yerində müvafiq hüquqi məsləhətlər verilib, uyğun sənədləşdirmə işləri və qeydlər aparılıb.

Vətəndaşların müraciətləri işsizlik, əlilliyin təyin olunmasından imtina, əlillik dərəcəsinin verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququ, vərəsəlik, əmlak bölgüsü, internet xəttinin çəkilməsi, ünvanlı dövlət sosial yardım, müharibə veteranı statusunun verilməsi, aliment məsələləri ilə bağlı olub. Bəzi şikayət və müracətlərin daha detallı hazırlanması üçün vətəndaşlardan sənədlər götürülüb və mərkəzi ofisdə hazırlanması davam etdirilib. Hüquqi yardımı hüquqşünaslar Ülkər Həmidli və Rüxsarə Məmmədova həyata keçiriblər.

Paylaş