Aprelin 2-də gənc hüquqşünaslar üçün “İnsan hüquqlarının müdafiəsində ölkədaxili və beynəlxalq hüquqi müdafiə vasitələrinin rolu” mövzusunda təlim keçirilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub.
İnsan hüquqları üzrə ekspert, hüquqşünas Səməd Rəhimli ilk növbədə iştirakçılara insan hüquqları müdafiəsinin mahiyyəti, növləri barədə məluma verib və ölkədaxili hüquqi müdafiə vasitələri ilə beynəlxalq hüquqi müdafiə vasitələrinin müqayisəli təhlilini aparıb. Təlimin praktiki hissəsində iştirakçılar həm ölkədaxili hüquqi müdafiə vasitələri əsasında ərizə və ya şikayətlərin yazılması, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin yazılması qaydaları barədə məlumatlandırılıb və onlarla praktiki müzakirələr aparılıb.
Aprelin 9-da isə “Cinayət prosesində vəkilin iştirakı, hüquqi problemlər, cinayət prosesində vəkil taktikasının tətbiqi” mövzusunda təlim keçirilib.
Vəkillər Kollegiyasının üzvü, vəkil Fariz Namazli iştirakçıları cinayət prosesində vəkilin iştirakının məcburi olduğu hallar barədə, praktikada müşahidə olunan hüquqi problemlər, eləcə də cinayət prosesində vəkil taktikasının tətbiqi barədə iştirakçıları məlumatlandırıb və onlarla bir çox praktiki məsələlərlə bağlı müzakirələr aparıb.