Aprelin 23-də gənc hüquqşünaslar üçün “İnzibati hüquq və İnzibati Prosessual hüquq”, 24-də isə ‘’Mediasiya prosesi və onun keçirilmə qaydaları” mövzusunda təlimləri keçirilib. Təlimlər nəzəri və praktiki hissələrdən ibarət olub.

Təlimçi hüquqşünas, insan hüquqları üzrə ekspert Səməd Rəhimli ilk növbədə təlim iştirakçılarını inzibati hüququn xüsusiyyətləri, prinsipləri, inzibati icraat, inzibati aktlar barədə məlumatlandırıb, praktiki hissədə əvvəlcə inzibati prosessual hüququn fərqləndirici cəhəti, aidiyyət, mümkünlük məsələləri və iddia növləri barədə məlumat verilib, yekunda isə iştirakçılara tapşırıqlar təqdim olunub, çıxışlar hazırlanıb və geniş müzakirələr aparılıb.

Digər təlimçi Vəkillər Kollegiyasının üzvü, vəkil Fariz Namazlı təlim iştirakçılarını mediasiya prosesinin əsas anlayışları, mediasiyanın tətbiq dairəsi, məqsəd və prinsipləri, tərəflərin və mediatorun hüquq və vəzifələri barədə məlumatlandırıb. Təlimin növbəti hissəsində mediasiya prosesinin tətbiqi üçün əsaslar, mediasiyanın həyata keçirilmə qaydaları mediasiya prosesinə xitam verilməsi əsasları, barışıq sazişi və onun icrası barədə məlumat verilib, yekunda isə iştirakçılar mediasiya.gov.az saytı, qanunvericilik sənədləri və bir neçə məhkəmə qərarları ilə tanış ediliblər.

Paylaş