Hər bir cəmiyyətin gələcəklə bağlı aydın baxışı, dəyərlərə və hüquqa bağlı strateji hədəfləri olmalıdır. Müasir dünyada gənclərin özünün inkişafı və çağrışlara cavab verməsi daha çox təhsillə bağlıdır. Yalnız elmi kəşflərə və texnoloji yeniliklərə daha çox imza atan cəmiyyətlər yaxşı imkanlar əldə edəcək. Bu prosesin aparıcı qüvvəsi gənclərdir. Daha aydın, tənqidi, azad gəncliyin yetişdirilməsi hər bir dövlətin stateji hədəfi olmalıdır.
Biz gənclərdə tənqidi düşüncənin inkişaf etdirilməsinə töhfə verməklə, onların önmühakimələrdən müstəqil, sağlam fərd olaraq inkşafına kömək edirik. Bu məqsədlə gənclər arasında kitab, elm, texnoloji yeniliklərı təbliğ edirik. Tənqidi fikrin inkişaf etdirilməsi və dözümlülüyü aşılamaq üçün mütadi müzakirə və diskusiyalar, sorğular həyata keçiririk. Bununla yanaşı, gənclərin qərarqəbuletmə prosesinə səfərbər olunmasını təmin edir, bu istiqamətdə maarifləndirmə aparırıq.
Biz inanırıq ki, azad və ədalətli seçkilər cəmiyyətin inkişafının qarantıdır. Xüsusən, gənclərin seçki prosesində iştirakı onların təcrübə qazanmasına, inkişafına və şəbəkələşməsinə birbaşa töhfə verir. Buna görə də, seçki prosesinə gənclərin qoşulmasına hüquqi yardım edir, onları müşahidə və digər proseslərə səfərbər edirik.