Vətəndaş Hüquqları İnstitunun əsasən aztəminatlı vətəndaşlar üçün nəzərdə tutulan “Benefisiar”
Hüquqi Yardım Portalı yeniləndikdən sonra istifadəyə verilib. Portal daha da
mükəmməlləşdirilərək qanunları vətəndaşlar üçün əlçatan edib. Qanunların vətəndaşlar üçün
daha anlaşılan və sadə dildə olması üçün materillar hazırlanaraq yerləşdirilir. Həmçinin
maarifləndirici videolar hazırlanır. Bununla yanaşı teleqram kanal açılaraq mütamadi olaraq
hüquq xəbərləri, Parlamentin qəbul etdiyi qanunlar və digər vacib məlumatlar izləyicilərə
operativ şəkildə çatdırılır.
Portalda vətəndaş üçün ərizə nümunələri yerləşdirilib ki, istənilən vətəndaş şablonları ordan
yükləyərək özü istədiyi dövlət orqanına, məhkəmələrə müraciət və şikayətlərini göndərə bilsin.
Portalda həmçinin, gənc hüquqşünasların hüquqi yazılarını və təşəbbüslərini yerləşdirmək üçün
yeni bölmə yaradılıb. Bununla yanaşı portralda qanunlarla bağlı təkliflər bölməsi də hazırlanıb.
Gələcəkdə gənc hüquqşüanslar qanunlara ehtiyac olan dəyişiklərlə bağlı təklifləri hazırlayıb
ictimailəşdirililməsi yolu ilə cəmiyyətin müzakirəsinə təqdim edə biləcək.