Vətəndaş Hüquqları İnstitutunun təlimlərində iştirak etmiş gənc hüquqşünas Ülkər Həmidli Vəkillər Kollegiyasına üzv olub.

Ülkər Həmidli təşkilatın gənc hüquqşünsların bacarıqlarının artırılması və praktiki biliklərinin inkişaf etidirilməsi, o cümlədən qadınların hüquqi yardım prosesində iştirakçılığının artırılması ilə bağlı təlimlərində uğurla iştirak edib.

O həmçinin vətəndaşlara hüquqi yardım prosesində öncüllərdən olub. Xüsusilə bölgələrdə müharibədən əziyyət çəkən vətəndaşlara sosial hüquqlarının həlli ilə bağlı kömək edib. Məişət zorakılığı qurbanlarına hüquqi yardım edib.

Ülkər Həmidli gənc hüquqşünasların bacarıqlarının artırılması istitqamətində fəaliyyətini davam etdirir. Xüsusilə gənc qızların gələcəkdə vəkil olması üçün onların bacarıqlarının artırılmasına töhvə verir.

 

Paylaş