Aprelin 15-16 -da Vətəndaş Hüquqları İnstitutunun hüquqşünasları tərəfindən Bərdə və Mingəçevirdə aztəminatlı ailələlərə, işsiz vətəndaşlara, əlilliyi olan şəxslərə, müharibə veteranlarına və qazilərə hüquqi yardım göstərilib.
İki gün ərzində 27 nəfər (16 qadın, 11 kişi) vətəndaşın müraciətinə baxılıb. Hər bir müraciətçi ilə ayrı-ayrılıqda söhbət aparılıb, onların hazırki sosial-hüquqi problemləri öyrənilib. Müraciətlər əsasında yerində müvafiq hüquqi məsləhətlər verilib, uyğun sənədləşdirmə işləri və qeydlər aparılıb.
Müraciət edənlərin arasında şəhid aillələri, qazilər, müharibə veteranları işsiz vətəndaşlar, evdar qadınlar, əlilliyi olan şəxslər üstünlük təşkil edib. Vətəndaşların müraciətləri əsasən əlilliyin təyin olunmasından imtina, itirilmiş pensiya ödənişlərinin geri qaytarılması, işlə təmin olunma, əlillik dərəcəsinin verilməsi, müharibə veteran adının alınması, ünvanlı dövlət sosial yardımın təyin olunması, aliment məbləğinin artırılması məsələləri ilə bağlı olub.