Hüququn aliliyi vətəndaşın cəmiyyətdə ali mövqedə olması, xüsusilə də fərdi və institusional davranışa təsir etməsi, eləcə də hökumət də daxil olmaqla cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə hüquq normalarına tabe olmasıdır.
Biz inanırıq ki, yalnız hüququn aliliyi təmin olunduğu cəmiyyətlər uzunmüddətli inkişafa, tərəqqiyə nail ola bilər. Təbii ki, bunu təmin etmək üçün ilk növbədə hüquqşünaslar məsuliyyət daşıyır. Bu baxımdan biz gənc hüquqşunasların yetişdirilməsi prosesinə xüsusi önəm verir və tənqidi düşünən, insan hüquq və azadlıqlarının müdafiəsinə qoşulmaq istəyən gəncləri dəstəkləyirik.
Həmçinin vətəndaşların hüquqi maarifləndirilməsi, öz hüquqlarını tələb etməsi də hüququn aliliyinin təmin edilməsinin əsas şərtlərindən biridir.