Oktyabrın 23 və 30-da gənc hüquqşünaslar üçün ‘’Məişət zorakılığının müdafiəsinin təşkili və praktiki fəaliyyət’’ mövzusunda təlimlər keçirilib.
Vəkillər Kollegiyasının üzvü, məişət zorakılığı sahəsində ekspert Rövşanə Rəhimli birinci həftə iştirakçılara nəzəri məlumat verib. Yerli və beynəlxalq qanununvericilik, polis və icra hakimiyyətlərinin vəzifələrindən danışıb.
Oktyabrın 30-da isə iştirakçılar konkret keyslər üzərində fəaliyyətə cəlb ediliblər. Gənclər zorakılığa məruz qalan qadınların müdafiəsinin təşkili ilə bağlı müdafiə mexanizmləri qurublar və praktiki məşqlər aparınlar.
İcra hakimiyyətlərindən mühafizə orderinin alınması və polisin cəlb edilməsi ilə bağlı sənədlərin hazırlanmasında iştirak ediblər.