Vətəndaş Hüquqları İnstitutu vətəndaş iştirakının artırılması yolu ilə hökumətdə şəffaflıq və hesabatlılığı, hüquqi dövlət və məsluliyyətli cəmiyyət quruculuğunu təşfiq edən, demokratiya, yaxşı idarəçilik və ədalətli seçkiləri dəstəkləyən qeyri-kommersiya, tərəfsiz, qeyri-hökumət təşkilatıdır.

VHİ fəaliyyətə başladığı dövrdən etibarən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan prinsiplərə əsaslanaraq vətəndaşların hüquqlarının qorunması və onların müdafiəsi istiqamətində fəaliyyət göstərir. Cəmiyyətdə sosial bərabərliyin təmin edilməsinə töhvə verməklə, sosial və iqtisadi fərqləri azalmasına və həyat keyfiyyətinin yaxşılaşdırmaq imkanlarının gücləndirilməsinə çalışır.

Vətəndaşlarla seçkili orqan və hökümət arasında əlaqələrin yaxşılaşdırmaq imkanlarını gücləndirir. VHİ gənclər arasında tənqidi düşüncənin artırılmasına, dözümsüzlüyün, ayrıseçkilyin ardan qaldırılmasına kömək etməklə yerli tərəfdaşlarla işləyir, fikir və bilik, təcrübə mübadiləsi üçün şəxsləri və qrupları bir araya gətirir.

 

Paylaş