Məzahir Pənahov: “Heç bir komissiyanın prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur”
“MSK-ya daxil olan bütün məsələlər araşdırılır”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
“Əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir. MSK həmişə çatışmazlıqları aradan qaldırmaq üçün bütün addımları atacaq. Heç bir komissiyanın prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. Hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir”, – MSK sədri əlavə edib.