9 fevral 2020-ci ildə Milli Məclisə keçirilən seçkilər öncəsi gənclər və digər yaş qurupları üçün təlimlər
keçirilib. VHİ-nin gənc hüquqşünas və seçki mütəxəssilərindən ibarət komandası həm Bakıda, həm də
rayonlarda müstəqil namizədlərin müşahidəçiləri və digər tərəfsiz müşahidəçilər üçün təlimlər təşkil edib.
Təlimlərdə müşahidənin aparılması, faktların toplanması, aktların yazılması və şikayətlərin uyğun
komissiyalara yazılması tədris edilib. Ümumilikdə 50-yə yaxın keçirilən təlimlərdə 900 nəfər yaxın
müşahidəçi iştirak edib. Onlardan 214 qadın, 665 kişi olub. Təlimlər Gəncə, Zaqatala, Abşeron, Sumqayıt
və digər bögələri də əhatə edib.