Noyabrın 13-də Vətəndaş Hüquqları İnstitutunun (VHİ) hüquqşünasları Gəncə şəhərinə səfər ediblər. Gün ərizində VHİ-nin Gəncə ofisində hüquqi yardım üçün müraciət edən 22 nəfər (12 qadın, 10 kişi) vətəndaşa, o cümlədən 6 nəfər əlilə hüquqi yardım edilib.

Vətəndaşlar əsasən ünvanlı sosial yardım, məşğulluq, əllillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı olub. Bundan əlavə müharibə nəticəsində zərər görmüş mülklər, yaşayış binalarının qəzalı vəziyyəti ilə bağlı da müraciətlər edilib.


Paylaş