Vətəndaş Hüquqları İnstitutu insanların fundamental azadlıqlarından biri olan seçmək və seçilmək hüququnun realizasiyası, təbliği və təşviqi istiqamətində fəaliyyət göstərir. Gənclərin seçki prosesinə səfərbər edilməsi yolu seçkilərin azad və ədalətli keçirilməsinə töhvə verməyə çalışır.
Bu istiqamətdə aşağıdakı tədbirlər həyata keçirilir:
1) Seçki ilə bağlı maarifləndirici müzakirələr keçirilir;
2) Seçkilərlə bağlı online maarifləndirmə aparılır;
3) Seçki müşahidəsi ilə bağlı təlimlər keçirilir;
4) Seçki hüququ pozulanlara yardım edilir;
5) Azad və ədalətli seçkiləri təşviq edilir.