Proqramın əsas məqsədi müharibədən zərər görmüş bölgədə vətəndaşların hüquqi problemlərinin həllinə yardım etmək, sosial problemlərinin həllinə dəstək olmaqdır. Layihənin əvvəlində gənc hüquqşünaslar təlimlərə cəlb ediləcək. 10 dəfə keçirilən təlimlərdən sonra hər ay bölgələrə səfərlər edib vətəndaşlara hüquqi yardım göstərəcəklər. Bir illik praoqram dövründə 1000-dən artıq vətəndaşa hüquqi yardım etmək nəzərdə tutulub.
Proqram çərçivəsində Ağdamda yerləşən ofisdə müharibədən əziyyət çəkmiş, bacarıqları olmayan qadınları ödənişsiz kurslara cəlb etməklə onların iqtisadi problemlərinin həllinə töhvə veriləcək. Kursun nəticəsi olaraq 48 qadının peşə bacarıqlarının artırılması hədəflənib.