Vətəndaş Hüquqları İnstitutu COVİD 19 pandemiyası dövründə ölkədə tətbiq edilən karantin
rejimi zamanı vətəndaşlara hüquqi yardım edib. Kanatin rejimi dövründə işsiz və sosila təminatı
zəif olan insanlara hökümət iki ay müddətinə 190 manat yardım paketini açıqlayıb. Ancaq
vətəndaşların böyük əksəriyyəti işsiz kimi qeydiyatda olmayıb. VHİ-nin komandası aprel ayının
27-ə dək 1000-ə yaxın vətəndaşın qeydiyatdan keçməsinə kömək edib. Aprelin 27-də hökümət
müraciətlərin qəbulunu dayandırıb. Qedyiyatdan keçirdiyimiz vətəndaşların böyük əksəriyyəti
yardımı ala bilib.

Davamlı olaraq maarifləndirici materiallar hazırlanaraq Benefisiar veb portalı və sosial şəbəkələr
üzərindən paylaşıb, vətəndaşlara hüquqi yardımı edilib. Hər gün vətəndaşların hüquqa dair
yüzdən artıq sualı cavablandırılıb.

Paylaş