Proqramın əsas məqsədi vətəndaşların elektron hökümət sisteminə intqrasiya etməklə şəffaflığı
və hesabatlılığı artırmaqdır. Layihənin icarsı zamanı, əsasən də regionlarda daha çox vətəndaşın
e-hökümət sisteminə intqrasiyasını sürətləndirmək yolu ilə onların hazırki problemlərinin həllinə
yardım edilir. Sosial vəziyyəti ağır olan şəxslərin hüquqi prosedurlara əlçatımlılığı təmin edilir.
Vətəndaş Hüquqları İnstitunun (VHİ) orqanı olan Benefisiar vebportalı vasitəsi ilə vətəndaşlar
arasında sosial media üzərindən maarifləndirmə və məlumatlandırma aparılır, videoroliklər
hazırlanaraq proses vətəndaşlar üçün daha da asanlaşdırılır.
Pandemiya dövründə işsizlikdən sosial vəziyyəti ağırlaşmış vətəndaşların “ünvanlı sosial
yardım” almağına hüquqi və texniki yardım edilir. Elektron müraciət forması yeni olduğu üçün
vətəndaşlar məlumatsızdır, həm də müraciət formasını doldurmaq çətindir.
Nəzərdə tutulub ki, gələcəkdə regionlarda vorkşoplar keçirilərək yerli icmalara Elektron
Hökümət Sisteminə müraciət mexanizmləri öyrədilərək və bununla da daha çox insanın
bəhrələnməsinə kömək ediləcək. O cümlədən Ünvanlı Sosila Yardım üçün müraciətin
doldurulması üçün yerli icmaların bacarıqları artırılacaq.