Vətəndaş Hüquqları İnstitutu Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyəti ilə bağlı aralıq hesabat hazırlayıb.

İqtisadi, Mədəni və Sosial Hüquqlar Komitəsinin 2013 və 2021-ci il üzrə UPR tövsiyələri üzrə Azərbaycan Respublikası İqtisadi, Mədəni və Sosial Hüquqlar haqqında BMT Konvensiyasınınnın 6, 7 və 9-cu maddələri, həmçinin həmin Konvensiyanın 16 və 17-ci maddələrinə uyğun olaraq əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün minimum əmək haqqının, işsizlikdən sığorta ödənişinin və digər sosial ödənişlərin məbləğinin əhalinin yaşam standartlarına uyğunlaşdırılmasını, habelə kişilər və qadınlar üçün müəyyən olunmuş müxtəlif pensiya yaşının qadınların hüquqlarından istifadəsinə təsirini öyrənməyi, o cümlədən müəyyən edilmiş fərqli pensiya yaşının aradan qaldırılması ilə bağlı tövsiyələrə uyğun olaraq üzərinə öhdəliklər götürüb.

Təşkilat bu öhdəliklərinin icra səviyyəsinə uyğun olaraq hesabat hazırlayıb. Hesabatda 2013 və 2021-ci ildən sonra qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün hüquqi və inzibati dəyişikliklər, təkmilləşmələr, onların həyata keçirilmə səviyyəsi təhlil olunub, qanunvericilik və təcrübədə yaranan çatışmazlıqlara toxunulub və dövlətə konkret tövsiyələr verilib.

 

Paylaş