Sentyabrın 17-də Prezidentin köməkçisi, QHT-lərlə iş və kommunikasiya şöbəsinin müdir əvəzi Hikmət Hacıyev QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə online görüş keçirib. Vətəndaş Hüquqları İnstitunun rəhbəri Bəşir Süleymanlı da görüşdə iştirak edib və QHT-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı aşağıdakı təklifləri səsləndirib:
1) 2013-2014-cü illərdə QHT-lərə açılmış qondarma cinayət işlərinə bəraətedici əsaaslarla xitam verilsin;
2) QHT-lərin qeydiyyatı elektronlaşdırılaraq 7 gün müddətinə təyin edilsin və büraokratik əngəllər aradan qaldırılısın;
3) Qrantların qeydiyyatı xəbərdaredici forma ilə əvəz edilsin;
4) Beynəlxalq təşkilatların, o cümlədən donorların Azərbayncanda fəaliyyəti bərpa edilsin;
5) Regionlarda QHT-lərəin fəaliyyətinə yaradılan süni məhdudiyyətlər aradan qaldırılsın;
6) Müxalifətçi Tofiq Yaqublu azad olunsun, o cümlədən siyasi məhbus problemi aradan qaldırılsın.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğunu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşıdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını qeyd edib. VHİ QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərini yazılı qaydada da təqdim edib.