12 may 2022-ci ildə Vətəndaş Hüquqları İnstitutunun hüquqşünasları Ülkər Həmidli və Rüksarə Məmmədova Beyləqan rayonunda vətəndaşlara səyyar qaydada hüquqi yardım göstərilib.
Gün ərzində 5-i qadın, 8-i isə kişi olmaqla 13 nəfərə yaxın vətəndaşın müraciətinə baxılıb. Hər bir müraciətçi ilə ayrı-ayrılıqda söhbət aparılıb, onların hazırki sosial-hüquqi problemləri öyrənilib. Bunlar əsasında yerində müvafiq hüquqi məsləhətlər verilib, uyğun sənədləşdirmə işləri və qeydlər aparılıb. Müraciət edənlərin arasında şəhid ailələri, qazilər, müharibə veteranları, müharibə dövründə əmlakı zərər görmüş şəxslər, işsiz vətəndaşlar, evdar qadınlar, əlilliyi olan şəxslər olub.
Vətəndaşların müraciətləri əlilliyin təyin olunmasından imtina, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, evlə təmin olunması, müharibə zamanı evləri dağılmış şəxslərin mənzil tikintisinin tam başa çatdırılmaması, sahibkarlıq fəaliyyəti üçün əkin sahəsi ilə təmin olunma, əlillik dərəcəsinin verilməsi, müharibə zamanı əmlakına zərər gəlmiş şəxslərə düzgün ödənilməməmiş kompensasiya məbləği, ünvanlı sosial yardımın təyin olunması məsələləri ilə bağlı olub.