Mayın 14-də gənc hüquqşünaslar üçün “BMT-nin insan hüquqları müqavilələri üzrə yaradılmış orqanlarına fərdi şikayət proseduru və “Hüquq etikası (vəkil olmaq – etik olmaq)” mövzularında təlim keçirilib. Təlim həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub.

Təlimin birinci hissəsində hüquqşünas Emin Aslan təlim iştirakçılarını BMT-nin insan hüquqları ilə bağlı Konvensiyaları, habelə, həmin Konvensiyalar çərçivəsində fərdlərin şikayətlərinə baxılması qaydaları barədə məlumatlandırıb. Növbəti hissədə isə vəkillik peşəsi, onun əsas prinsipləri haqqında, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun, “Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin müddəaları barədə iştirakçılar məlumatlandırılıb, daha sonra isə iştirakçılara mövzu ilə əlaqəli suallar təqdim olunub və geniş müzakirələr aparılıb.

Mayın 15-də gənc hüquqşünaslar üçün “Mənzildən istifadə hüququnun yaranması və xitamı əsasları” mövzusunda təlim keçirilib.

Təlimçi vəkil, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, vəkil Anar Məmişov iştirakçılarla mənzildən istifadə hüququnun anlayışı, predmeti, çoxmənzilli binalardakı yaşayış sahələri barədə danışıb və müxtəlif məhkəmə işləri üzrə müzakirələr aparıb. Sonda təlimçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Paylaş