Vətəndaş hüquqları İnstitutu gənc hüquqşünasların bacarıqlarının artırılması proqramı həyata keçirir. Proqramın məqsədi, hüquq fakültəsinin tələbələri və məzunları üçün təlimlər və vörkşoplar təşkil etməklə, onların bilik və bacarıqlarının artırılmasına yardım etmək və o cümlədən, gənc hüquqşünasları vəkilliyə, insan hüquqları müdafiəsinə həvəsləndirməkdir. Bu, özündə bir neçə istiqaməti ehtiva edir:

  • Yerli təlimlər vasitəsilə gənc hüquqşünasların praktik və nəzəri biliklərinin artırılması;
  • Gənc hüquqşünasları hüquqi yardım fəaliyyətinə cəlb etməklə onların biliklərinin zənginləşdirilməsi;
  • Gənc hüquqşünasların araşdırma və akademik yazı bacarıqlarının artırılması;
  • Xarici proqramlarda gənc hüquqşünasların iştirakını təmin etməklə, spesifik sahələr üzrə gənc hüquqşünas ekspertlərin yetişməsinə töhfə verilməsi;
  • Gənc hüquqşünaslar üçün kitabxananın yaradılması;

Bu istiqamətdə hər il yerli olaraq 30-dən çox müxtəlif hüquqi mövzularda təlimlər keçirilir. Hər il 5-dən çox gənc hüquqşünasın müxtəlif xarici proqramlarda öz biliklərini artırmasına dəstək verir. Təşkilat 5 gənc hüquqşünasla əməkdaşlıq edir. Bundan əlavə, hüquq fakültəsində təhsil alan gəncləri könüllü kimi cəlb edərək onların da praktiki biliklərinin artırılmasına töhfə verir.

 

 

Paylaş