Vətəndaş Hüquqları İnstitutunun əsas istiqamətlərindən biri, xüsusən bölgələrdə yaşayan vətəndaşlara pulsuz hüquqi yardım xidmətinin həyata keçirilməsi, vətəndaşlar üçün ərizələr şikayətlər hazırlamaq yolu ilə, həm də yaxşı idarəçiliyin təşviq edilməsidir. Fəaliyyəti onlayn və üzbəüz qaydada həyata keçirir. Bundan əlavə 2 bölgədə – Gəncə və Ağdamda yerli nümayəndəlik fəaliyyət göstərir.
Təşkilat hüquqi yardım fəaliyyətini “Benefisiar” hüquqi yardım mərkəzi ilə birlikdə həyata keçirir. Fəaliyyət əsasən, sosial şəbəkələr üzərindən – ‘‘Benefisiar”, “Vətəndaş Hüquqları İnstitutu” və “Gancapost” adlı səhifələrdən aparılır. Əlavə olaraq “Benefisiar”-ın Youtube, Twitter və İnstaqram səhifələri hüquqi yardım istiqamətində fəaliyyət göstərir.
Vətəndaş Hüquqları İnstitutu ayda onlayn qaydada 400-dən çox vətəndaşa hüquqi yardım edir, onların hüquqi suallarına cavablandırır, ərizə və şikayətlər hazırlayıb uyğun orqanlara göndərir.