Mayın 7-də gənc hüquqşünaslar üçün “İddia ərizələrinin hazırlanması” mövzusunda təlim keçirilib. Təlim həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub. Təlimin nəzəri hissəsində vəkil Rövşanə Rəhimli təlim iştirakçılarını iddianın müddəti, aidiyyət məsələləri, iddia ərizəsinin forması, məzmunu, iddia ərizəsinin mümkünlüyü, iddianın qaytarılması, habelə iddia ərizəsinə əlavə olunan sənədlər barədə məlumatlandırıb, təlimin praktiki hissəsində isə iştirakçılara müxtəlif iddia ərizələri nümunələri təqdim olunub və həmin ərizələr üzrə geniş müzakirələr aparılıb.

Mayın 8-də gənc hüquqşünaslar üçün “İşgəncənin qanuni alət kimi istifadəsi tarixi və mütləq hüquq kimi qadağası səbəbləri” mövzusunda təlim keçirilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Təlimçi hüquqşünas Emin Aslan tərəfindən iştirakçılara işgəncənin qanuni vasitə kimi istifadəsi tarixindən, ondan istifadənin qadağan olunması və işgəncəni qadağan edən ölkələrdən, habelə işgəncəyə qarşı beynəlxalq hüquqi sənədlərdən bəhs edilib, təlimin praktiki hissəsində isə iştirakçılara mövzu üzrə tapşırıqlar təqdim olunub və həmin tapşırıqlar üzrə iştirakçılarla fərdi və ümumi müzakirələr aparılıb.

Paylaş