Aprelin 30-da gənc hüquqşünaslar üçün “Cinayət prosesində sübutlar” mövzusunda təlim keçirilib. Təlim həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub. Təlimin nəzəri hissəsində vəkil Fariz Namazlı təlim iştirakçılarını sübutun anlayışı, cinayət prosesində sübut kimi istifadə olunan şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər barədə məlumatlandırıb. Praktiki hissədə isə iştirakçılarla müxtəlif məhkəmə işləri üzrə praktiki müzakirələr aparıb.

Mayın 1-də isə “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan qanunvericiliyi və müvafiq beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib. Beynəlxalq hüquq üzrə təlimçi Emin Abbasov iştirakçılara məişət zorakılığı ilə bağlı yerli və beynəlxalq sənədlər barədə ümumi məlumat verib, qadınlara qarşı zorakılığın müxtəlif formaları və Azərbaycan qanunvericiliyində şikayətlərin qəbulu və baxılması qaydaları ilə tanış edib. Təlimin praktiki hissəsində isə qadınlara qarşı zorakılıq və məişət zorakılığı haqqında yayılmış miflər barədə testlər və digər tapşırıqlar iştirakçılara təqdim olunub, praktiki məsələlərlə bağlı geniş müzakirələr aparılıb.

Paylaş