Vətəndaş Hüquqları İnstitutu (VHİ) 2012-ci ilin aprelin 1-də təsis edilib. Dövlət qeydiyyatına alınması üçün sənədlər Ədliyyə Nazilryinə təqdim edilsə də, nazirlik qeydiyyata almaqdan imtina edib. Təsisçilər Ədliyyə Nazirliyinin qanunsuz qərarından məhkəməyə şikayət ediblər. Hazırda şikayət Avropa İnsan Hüquqları Məhkəməsindədir. VHİ-nin fəaliyyət istiqamətləri aşağıdakılardır:

VHİ Paytaxt Bakıda və bölgələrdə yaşayan gənclərin inkişafı, vətəndaşların hüquqlarının müdafiəsi, hüquqi maarifləndirilmə və vətəndaş fəallığının artırılması istiqamətində çalışır. Hazırda ölkənin iki – Gəncə (qərb) və Ağdam (mərkəz) bölgələrində nümayəndəlikləri və vətəndaşları maarifləndirmək üçün www.benefisiar.orgwww.gancapost.info vebportalları  fəaliyyət göstərir.

VHİ ABŞ, Böyük Britaniya, Avropa İttifaqının Bakı nümayəndəliyi, İnsan Haqqları Evi Fondu (Norveç), “Freedom Now” təşkilatları ilə əməkdaşlıq edir.

VHİ 2020-cu ildən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platormasına üzvdür.

 

Paylaş