Vətəndaş Hüquqları İnstututu siyasi partiyalar haqqında yeni qanun layihəsi hazırlayır. Xatırladaq ki, sentyarb ayında Milli Məclisə ‘’Siyasi Partiyalar haqqında’’ yeni qanun layihəsi daxil olub. Ancaq layihənin müəllifi müəyyən deyil. Bildirilir ki, layihə müxalif siyasi partiyalardan alınan təkliflər əsasında hazırlanıb. Qanun layihəsi cəmiyyətdə narazılıq yaradıb. Belə ki, layihə beynəlxalq standartlara cavab vermədən, Avropa Şurası Venesiya Komissiyasının rəyi nəzərdə alınmadan hazırlanıb. Layihədə siyasi partiyaların fəaliyyətini məhdudlaşdıran, hətta qeydiyatın ləğvi üçün əsassız səbəblər yer alıb.

VHİ-nin rəhbəri bu barədə ‘’Turan’’-ın müxbirinə müsahibə verərərk layihi tənqid edib.

 

Paylaş