Sentyabrın 3-də Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Erkin Qədirli Vətəndaş Hüquqları İnstitutunda (VHİ) görüş keçirib. Görüşdə hüquq müdafiəçisi Samir Kazımlı, Rəsul Cəfərov, hüquqşünas Səməd Rəhimli, Ülkər Həmidli iştirak edib.
Benefisiar.org xəbər verir ki, görüşdə əsas müzakirə olunan məsələ Qeyri Hökumət Təşkilatlarının (QHT) durumu və bu sahə üzrə qanunvericiliklə bağlı olub. Erkin Qədirli QHT-lərın üzləşdikləri və bu sahədə qanunvericilikdəki problemləri öyrənmək üçün QHT-lərlə görüşlər keçirdiyini bildirib. VHİ sədri Bəşir Süleymanlı Erkin Qədirlinin bu təşəbbüsünü müsbət qiymətləndirib.
Görüşdə QHT-lərin fəaliyyəti və QHT-lərlə bağlı qanunvericilikdəki problemlərlə ətrafında fikir mübadiləsi aparılıb. Sonda VHİ adından Erkin Qədirliyə QHT-lərlə bağlı təkliflər paketi tədqim edilib.